Dünyada ən böyük beyin şişi əməliyyatı keçirildi: 1,8 kiloqram...

31 yaşlı Santala Palanın başındakı şiş 3 il əvvəl inkişaf etməyə başlayıb
Sputnik

BAKI, 24 fevral — Sputnik. Hindistanın Mumbaya şəhərinin bir qrup cərrahı 1.8 kiloqram çəkisi olan beyin şişinin götürülməsi əməliyyatını həyata keçirib. Sputnik AzərbaycanThe Hindu”ya istinadən xəbər verir ki, əməliyyat 6 saat davam edib.

Neyrocərrah Trimurti Nadkarninin sözlərinə görə, bu şiş indiyə kimi insan beynindən kəsilib götürülən ən böyük şişdir. Şiş ölçülərinə görə pasientin başından böyük olub.

Santala Palanın başındakı şiş

31 yaşlı Santala Palanın başındakı şiş 3 il əvvəl inkişaf etməyə başlayıb. Amma həkimlər çox mürəkkəb əməliyyata girişməyə cürət etməyiblər. Beyin şişi Palanın həyatına real təhlükəyə çevriləndə, cərrahlar onu götürmək qərarına gəliblər.

Hazırda Santala Pala şiş səbəbindən görmə qabiliyyətini itirib. Amma həkimlər ümid edirlər ki, şiş götürüləndən sonra görmə qabiliyyəti bərpa olunacaq. Hazırda o, əməliyyatdan sonra müalicə kursu keçir və həyatına təhlükə yoxdur.