Taksi və tıxac probleminin yeni həlli nümayiş etdirildi - VİDEO

Aparatın bir nəfəri bortuna ala biləcəyi ehtimal edilir
Sputnik

BAKI, 23 fevral — Sputnik. Avropanın hava daşıyıcısı olan Airbus-un A3 bölməsi xüsusi Vahana layihəsi çərçivəsində hazırlanmış ilk hava taksisinin uçuşunun videogörüntüsünü nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, taksi havada 53 saniyə qala bilib.

"Alfa One" adı verilən taksi beş metr yüksəkliyə qalxdıqdan sonra təxminən 1 dəqiqə havada qalıb və sonra yerə enib. Vidoeda aparatın havaya qalxması göstərilməyib.

Layihəni hazırlayanlar bildiriblər ki, 53 saniyəlik uçuş zamanı akkumulyator batareyasının 8 faizini istifadə edib. Sınağın digər detalları açıqlanmayıb.

"Alpha One"nın sınağı yanvarın 31-də Oreqon ştatında aparılıb.

Qeyd edək ki, aparatın çəksi 745 kiloqramdır. Onun uzunluğu 5,7 metr eni 6,2 metr, hündürlüyü 2,8 metrdir.

Airbusla yanaşı öz pilotsuz hava taksilərini Almaniyanın Volocopter və Çinin Ehang şirkətləri sınaqdan keçirib.