Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat veriləcək

Oqtay Əsədov: “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”
Sputnik

BAKI, 23 fevral — Sputnik. “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır. Milli Məclis bu isitiqamətdə müəyyən addımlar atacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Parlamentin sədri bildirib ki, Milli Məclisin 20 deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edir.