MƏDƏNİYYƏT

Turizmin inkişafına töhfə verən sadə azərbaycanlı

Həbibov Samir turistlərin ölkəmizdən əliboş qayıtmamaları üçün taxtadan fərqli suvenirlər hazırlayır.
Sputnik

Samir deyir ki, suvenir düzəltməyi atasından öyrənib, turistlərin istəyinə görə daha çox milli musiqi alətlərinin suvenirlərini hazırlayırlar.

Həvəskar usta gördüyü işlərin qiymətini də gizlətmir:

"Qiymətlər gördüyümüz işdən asılıdır. Bir tar və ya saz 19 manata, muğam cütlüyü, yəni tar-kamança 30 manata, Qız Qalası 14 manata və s. Ağır zəhmət tələb edən suvenirlərimiz bir az baha olur. Gəmilər 2 aya başa gəlir, qiyməti isə böyükləri 1000, kiçikləri 500 manata satırıq. Yəni ki, həm də ölçülərinə görə qiymətləri dəyişir".