RUSİYA

Rusiyalı diplomat narkotik alverçisi imiş

Hüquq-müahfizə orqanları Buenos-Ayresdə Rusiya səfirliyi ərazisində 12 çemodan kokain aşkarlayıb
Sputnik

BAKI, 23 fevral — Sputnik. Argentinadakı Rusiya səfirliyində 400 kiloqram kokain tapılıb. Sputnik Azərbaycan bildirir ki, diplomatik nümayəndəliklər vasitəsilə Avropa və Rusiyaya narkotik çatdırılması planının üstü açılıb. Tapılan narkotiklər 50 milyon avro məbləğində dəyərləndirilib.

Məlumata görə, bu işlə 5 nəfər məşğul olub və onlardan biri diplomatik nümayəndəlikdə çalışır. Hüquq-müahfizə orqanları Buenos-Ayresdə Rusiya səfirliyi ərazisində 12 çemodan kokain aşkarlayıb.

Argentinanın təhlükəsizlik naziri Patrisiyo Bullriç öz "twitter" səhifəsində aşkar edilmiş çemodanların şəklini paylaşıb. Onun sözlərinə görə, əməliyyata Rusiya polisi də cəlb edilib. Birgə araşdırma bir ildən çox davam edib.