CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı - RƏSMİ

Azərbaycan Prezidenti sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı sərəncam imzalayıb
Sputnik

BAKI, 23 fevral — Sputnik. Prezident İlham Əliyev fevralın 23-də "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" sərəncam imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.