BAKI, 24 fevral — Sputnik. Argentinada yaşayan Serio Eduardo Gimenez 6 il boyunca sevgilisi Seliya Hitriz Sosanın qızına təcavüz edib. Seliya Sosa isə bu təcavüzü gizlətdiyi üçün məhkəmə tərəfindən 14 il azadlıqdan məhrum edilib. Gimenez özü İnterpol tərəfindən axtarışa verilib.
Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, Gimenez ilk dəfə "içinə daxil olan şeytandan qurtulmaq üçün" 8 yaşlı qıza təcavüz edib. Uşaq bir müddətdən sonra hamilə qalıb. Abort edilməsi üçün Paraqvaya göndərilib. Bu gün 17 yaşı olan qız 2015-ci ilə kimi 6 il boyunca anasının köməyi ilə atalığının təcavüzünə məruz qalıb.
Qız açıqlamasında bildirib ki, atalığı içki düşkünü olub: "O, anamı aldadırdı ki, içimə cin girib. Bəzən məni oyadıb zorlayırdı. Mən etiraz edəndə anam məni kəmərlə döyürdü. Vəziyyəti nənəmə dedikdən sonra hər şeyin üstü açıldı".
Qeyd edək ki, qız hazırda psixoloji yardım alır.