BAKI, 23 fevral — Sputnik. Bәşәr Әsәd rejiminin 3 gün әrzindә Suriyanın Şәrqi Quta bölgәsinә endirdiyi zәrbәlәr nәticәsindә 250 dinc sakin hәlak olub.
Sputnik AzərbaycanTRT-yə istinadən xəbər verir ki, hücumlar nәticәsindә 260 nәfәrin dә yaralandığı bildirilir.
Rejim qüvvәlәrinә aid döyüş tәyyarәlәri 3 gün әrzindә 22 xәstәxanaya vә Duma rayonunda yerlәşәn Nur mәscidinә zәrbәlәr endirib.
BMT-nin Baş katibi Antonio Quterreş (Antonio Guterres) verdiyi açıqlamada Şәrqi Qutada yaşayan insanları nәzәrdә tutaraq: ‘‘Cәhənnәmi bu dünyada yaşayırlar’’ deyib.