HADİSƏ

Sərnişin gedişhaqqına görə taksi sürücüsünü qətlə yetirdi

Şəmkirdə sərnişin gedişhaqqına görə taksi sürücüsünü qətlə yetirib
Sputnik

BAKI, 22 fevral — Sputnik. Şəmkir rayonunda sərnişin taksisi sürücüsünü qətlə yetirib. 

"Report"un məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.  

Belə ki, Şəmkirdə taksi sürücüsü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyinu deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda isə sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.