ABŞ hərbi bazasında terrorçuların dəfn mərasimi keçirilir

Amerikanın Suriyadakı hərbi bazasında sonuncu cənazə mərasimi fransalı terrorçu Olivier Jan Le Klançe üçün təşkil edilib
Sputnik

BAKI, 23 fevral — Sputnik. Afrində PYD terror təşkilatının tərkibində Türkiyə və Azad Suriya Ordusuna qarşı döyüşlərdə öldürülən qərblilər Amerikanın Suriyadakı Haseke hərbi bazasına gətirilir. Sputnik Azərbaycan bu barədə "Yeni Şafak" qəzetinə istinadən məlumat verir.

Qəzet Suriyadakı etibarlı mənbələrə istinadən bildirir ki, türk ordusunun öldürdüyü xarici terrorçular üçün ABŞ-ın hərbi bazasında cənazə mərasimi keçirilir. Daha sonra həmin terrorçular xüsusi təyyarələrlə öz ölkələrinə göndərilir.

Qəzetin yazdığına görə, PYD sıralarında vuruşan xarici döyüşçülər ABŞ, Almaniya, İngiltərə, İsveç və Kanada vətəndaşlarıdır. Onlar pul müqabilində Suriyaya gələrək Türkiyəyə qarşı savaşırlar.