HADİSƏ

Bakıda 30 yaşlı kişi ölümdən xilas olundu

Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami Rayon Polis İdarəsinə təhvil veriblər
Sputnik

BAKI, 23 fevral — Sputnik. Bakıda havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu "Alov" restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarıb. Əməliyyat başa çatıb.

Yerli mətbuatın xəbərinə görə, zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar. Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb.

Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami Rayon Polis İdarəsinə təhvil veriblər.