RUSİYA

Aparıcı proqramına çağırdığı qonağı döydü - VİDEO

Hadisədən sonra Suvorov studiyadan kənarlaşdırılıb
Sputnik

BAKI, 23 fevral — Sputnik. Rusiya teleməkanında qəribə olay yaşanıb. NTV telekanalında yayımlanan "Görüş yeri” ("Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı yayım zamanı verilişinə qonaq çağırdığı ukraynalı ekspert Dmitri Suvorovu vurub.

Ukrayna-Rusiya gərginliyinin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşaraq, sakitləşdirmək üçün əlindən tutub.

Lakin bundan sonra vəziyyət daha da pisləşib və dava düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisədən sonra Suvorov studiyadan kənarlaşdırılıb.