Antiterror əməliyyatında onlarla terrorçu öldürülüb

71 nəfər terrorçu məhv edilib, 5 nəfər həbs edilib
Sputnik

BAKI, 23 fevral — Sputnik. Misirdə antiterror əməliyyatı zamanı 71 ekstremist məhv edilib.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Misir ordusu şimalda və Sinay yarımadasının mərkəzi hissəsində 71 ekstremisti məhv edib.

Bu barədə ordunun sözçüsü Tamer Rifai məlumat verib. Rifainin sözlərinə görə, fevarlın 9-na qədər davam edən əməliyyatlarda hərbi təyyarələr 158 terrorla əlaqəli hədəfə zərbə endirib, 413 obyekt artilleriya tərəfindən vurulub:

"71 nəfər terrorçu məhv edilib, 5 nəfər həbs edilib".

Hərbçi qeyd edib ki, bu günlər ərzində 7 hərbçi həlak olub və 6 nəfər yaralanıb.