ABŞ-dan şok Bəşər Əsəd açıqlaması: Az qaldı

Bəşər Əsədə bağlı döyüş təyyarələri Şərqi-Quta bölgəsini havadan vurmağa davam edir
Sputnik

BAKI, 23 fevral — Sputnik. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley ölkəsinin hər an Suriya rejiminə qarşı hərbi əməliyyat başlada biləcəyini deyib.

Sputnik Azərbaycan xəbər verir ki, Haley Çikaqo Universitetindəki çıxışı zamanı belə deyib: "Biz Suriya böhranının mərkəzində olmaq istəmirik, lakin biz insanların kimyəvi silahlardan qorunması üçün mümkün olan hər şeyi etmək istəyirik". 

Şok iddia: Bəşər Əsəd və PYD Türkiyəyə qarşı razılaşdı?

Amerikalı diplomat qeyd edib ki, əgər Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi dəqiqləşsə, o zaman rejimin mövqeləri bombalanacaq: "Vaşinqton 2017-ci ilin aprelində zarafat eləmədiyini bütün dünyaya göstərdi. Əgər Əsədin kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, ABŞ heç kimlə məsləhətləşmədən rejimi bombalayacaq".

Niki Haley, həmçinin vurğulayıb ki, ölkəsi Suriyadakı rejimə təzyiq göstərməsi üçün Rusiyaya da təzyiqlər edəcək.

Sputnik Türkiyə xəbər verir ki, Bəşər Əsədə bağlı döyüş təyyarələri Şərqi-Quta bölgəsini havadan vurmağa davam edir. Son 3 gündə 400-ə yaxın mülki şəxs dünyasını dəyişib. Onlardan 200-ə yaxın körpə uşaqlardır.