CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının 9 rayonunda tikinti işləri ilə bağlı tələblərə dəyişiklik edildi

Dəyişiklik Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarını əhatə edir
Sputnik

BAKI, 22 fevral — Sputnik. Nazirlər Kabineti "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafı- nın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərara dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sənədi Baş nazirin müavini Abid Şərifov imzalayıb.

Dəyişikliyə görə, sözügedən rayonların ərazisində tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri təmin edilməlidir.