CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin fərdi təqaüdünün məbləği artırıldı

Gənc istedadlar üçün aylıq təqaüdün məbləği 100 manat artırılıb
Sputnik

BAKI, 22 fevral — Sputnik. Prezident İlham Əliyev fevralın 22-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, fərman ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi daşıyır

Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1300 manat idi. 

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.