Bu gün Hollandiyada uydurma soyqırım üzrə yekun qərar veriləcək

Parlamentə təqdim olunan layihəsinə koalisiya hökumətində təmsil olunan 4 partiyanın hamısı dəstək verir
Sputnik

BAKI, 22 fevral — Sputnik. Bu gün Hollandiya parlamentində 1915-ci il uydurma erməni soyqırımının tanınması ilə bağlı səsvermə keçiriləcək. Qanun layihəsini parlamentə koalisiya hökumətində təmsil olunan "Xristian Birliyi Partiyası" (XBP) verib.

XBP millət vəkili Joel Voordevind mətbuata bildirib ki, bu il aprelin 24-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək anım mərasiminə rəsmi nümayəndələr də göndəriləcək.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, parlamentə təqdim olunan layihəsinə koalisiya hökumətində təmsil olunan 4 partiyanın hamısı dəstək verir.

Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik heç bir açıqlama gəlməyib.