BAKI, 22 fevral — Sputnik. Bəşər Əsədə bağlı bir qrup şiə silahlılarının ateist PYD terrorçularına dəstək vermək üçün Afrin şəhərinə girməsi ilə bağlı xəbər vermişdik. Məlumatı Suriyanın dövlət xəbər agentliyi olan "SANA" yaymışdı.
Agentlik, həmin döyüşçülərin Türkiyəyə qarşı vuruşan PYD-ni qorumaq üçün Afrinə gəldiyini eşitdirib.
Sputnik Azərbaycan xəbər verir ki, Livanda yayımlanan Al-Mayadeen telekanalı Afrinə daxil olan şiə döyüşçülərinin videosunu yayımlayıb. Həmin videoda bir qrup şiə döyüşçüsünü PYD terrorçuları ilə birlikdə PKK lideri Abdullah Öcalanın portretini daşıdığı görülür.