Səidə Qocamanlı: “Siyahını Əfv Məsələləri Komissiyasına təqdim etmişik”
Əfv Məsələləri Komissiyasının növbəti iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı Sputnik Azərbaycan-a deyir ki, bu il əfv sərəncamının verilməsi, həmçinin amnistiya aktının qəbul edilməsi gözlənilir:
“Bu il Azərbaycan üçün çox önəmlidir. Biz ümid edirik ki, əfv fərmanı Novruz bayramı ərəfəsində veriləcək. Biz də əfv olunmasını arzuladığımız şəxslərin siyahısını hazırlayıb Əfv Məsələləri Komissiyasına təqdim etmişik. Əfv olunmaq üçün tədqim olunmuş siyahıda həbsdə olan jurnalistlər, bloggerlər və siyasi partiyaların nümayəndələrinin adları var”.