Türkiyədən möhtəşəm yenilik: İçində tankçı olmayan tank buraxılacaq

Ərdoğan bildirib ki, bu cür tankların istehsalı zəruri hal alıb
Sputnik

BAKI, 21 fevral — Sputnik. "İçərisində tankçı olmayan yeni nəsil tank istehsalına başlayacağıq". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Gələcək İnkişaf Planı"nın tanıtım mərasimindəki çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, bu cür tankların istehsalı zəruri hal alıb.

"Hərbi və müdafiə sənayemiz sürətlə inkişaf edir. Qürurla danışa və öyünə biləcəyimiz sahələrdən biri də məhz budur. Əvvəllər bir ədəd pilotsuz uçan aparatımız düşəndə narahat olurduq. İndi bu cür hadisə olanda narahat olmuruq. Çünki ikincisi, üçüncüsü və s. var. Bu yaxınlarda bir hərbi helikopterimiz qəzaya uğradı. Biz helikopterə görə deyil, orada şəhid olan pilotlarımıza görə narahat olduq", –  prezident qeyd edib.