CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan mükafatlandırıldı

Mükafatlandırılanlar arasında Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi də var
Sputnik

BAKI, 21 fevral — Sputnik. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işçilərinin peşə bayramıdır. Bu münasibətlə AAYDA rəsmiləri jurnalistlərlə görüş keçirib.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb

Görüşdə çıxış edən sədr müavini Əvəz Qocayev bildirib ki, KİV hər zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətini izləyir və işıqlandırır: "Siz çatışmazlıqları deyəndə, biz bunu nəzərə alırıq. Sizinlə işləmək bizim üçün xoşdur".

Daha sonra qurumun fəaliyyətini işıqlandıran KİV-lər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi də var.