MƏDƏNİYYƏT

Mehdiyeva “Sən supersən!”də azərbaycanlılara azarkeşlik edir

Xoşqədəm Mehdiyeva "Sən supersən!" müsabiqəsinin ikinci mövsümünün iştirakçılarını dəstəklədi.
Sputnik

Azərbaycan, Rusiyanın NTV telekanalı və Sputnik İnformasiya Agentliyi və radiosunun "Sən supersən!" beynəlxalq vokal layihəsində növbəti dəfə təmsil olunur. Ötən ilin sonunda keçirilən müsabiqə zamanı Azərbaycanı təmil edəcək iki iştirakçı seçilib. Onlar Bakıdakı sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbinin yetirməsi Səməd Novruzov və Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın yetirməsi Namiq Cəbrayılovdur.

Novruzov: Qələbə üçün mümkün olan hər şeyi edirəm

Bu dəfə ştirakçılarımızı şounun birinci mövsümünün iştirakçısı Xoşqədəm Mehdiyeva dəstəkləyib.

Qeyd edək ki, "Sən supersən!" vokal müsabiqəsinin Azərbaycan təmsilçisi Səməd Novruzov ikinci tura keçib.
NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.