Rusiyadan "şantaj" açıqlaması

Sergey Ryabkov deyib ki, Rusiyaya qarşı atılan addımlara Kreml eyni ölçüdə tutarlı cavab verəcək
Sputnik

BAKI, 21 fevral — Sputnik. "Ölkəmizdə seçkilər yaxınlaşdıqca Amerika bizə qarşı şantaj və təhdidlərinin sayını artırır". Sputnik xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərin suallarına cavabında deyib.

Ryabkov bildirib ki, ABŞ-ın Rusiya əleyhinə ortaya atdığı iddiaların heç bir əsası yoxdur.

"Amerikalı dostlarımız bizə qarşı heç bir məntiqə sığmayan davranışlar sərgiləyirlər. Daxili işlərimizə qarışırlar. Rusiyada keçiriləcək prezident seçkisi öncəsində ikitərəfli əlaqələrimizi gərginləşdirməyə söykənən siyasət yürüdürlər. Bizi onların seçkilərinə qarışmaqda təqsirləndirirlər. Halbuki ortada belə bir sübut yoxdur", — nazir müavini deyib.

Sergey Ryabkov əlavə edib ki, Rusiyaya qarşı atılan addımlara Kreml eyni ölçüdə tutarlı cavab verəcək.