ABŞ-da yenidən məktəbdə silahlı insident oldu

Hadisə məktəbin ayaqyolunda baş verib
Sputnik

BAKI, 21 fevral — Sputnik. ABŞ-da məktəbdə yenidən silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatında qeydə alınıb.

Belə ki, Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirdlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.