"Avropada kabus dolaşır"

"Bütün ölkələrin proletarları, birləşin!" şüarı ilk dəfə 1848-ci il fevralın 21-də işıq üzü görən "Kommunist Ppartiyasının Manifesti"ndə yer alıb
Sputnik

BAKI, 21 fevral — Sputnik. Elmi kommunizmin ilk proqram sənədi olan "Kommunist Partiyasının Manifesti" 1848-ci il fevralın 21-də dərc edilib. Sənəddə marksizm ideologiyasının əsas ideyaları öz əksini tapıb. 

Manifest 1847-ci ildə keçirilmiş Kommunistlər İttifaqının ikinci konqresinin tapşırığı ilə bu təşkilatın proqramı kimi Karl Marks və Fridrix Engels tərəfindən yazılıb. Sənəddə müəlliflər yeni təşəkkül tapan kommunist təşkilatlarının məqsədləri və mübarizə üsullarından söz açırlar. 

Manifest bu sözlərlə başlayır: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər”.

Sənəd populyar "Bütün ölkələrin proletarları, birləşin!" şüarı ilə bitir.

Manifestdə burjua cəmiyyətinə xas hər şey tənqid olunur və proletariatın kapitalizmi məhv edəcəyi bəyan edilir.