BAKI, 21 fevral — Sputnik. Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 22 fevral 2018-ci il tarixində gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.