BMT rəsmisi Türkiyəyə çağırış etdi

BMT rəsmisi Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb
Sputnik

BAKI, 21 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatı başa çatdırmaq lazımdır. Bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  

“Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlərin sayı artdıqca köməyə ehtiyacı olan insanlara yardım imkanları azalır”, —  o deyib. 

Dünən Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib.