MƏDƏNİYYƏT

Beynəlxalq Ana dili günü

66 il əvvəl benqali dilinin Pakistanın dövlət dillərindən biri olması tələbi ilə tələbələrin mitinqi keçirilib
Sputnik

BAKI, 21 fevral — Sputnik. 2000-ci ildən başlayaraq fevralın 21-də Beynəlxalq Ana dili günü qeyd olunur. Müvafiq qərar 1999-cu il noyabrın 17-də BMT-nin Baş konfransı tərəfindən verilib və dil və mədəniyyət müxtəlifliyinə xidmət edir. 

1952-ci il fevralın 21-də hazırda Banqladeşin paytaxtı olan Dəkkədə benqali dilinin Pakistanın dövlət dillərindən biri olması tələbi ilə tələbələrin mitinqi keçirilib. Lakin polislərin açdığı atəş nəticəsində çoxlu sayda tələbə həlak olub. Məhz ona görə də fevralın 21-i Beynəlxalq Ana dili günü kimi qeyd olunur.