VİDEO

"Bayıl yamacı" sürüşməyə davam edir

Bakının Səbail rayonundakı Bayıl yamacında sürüşmə fəallaşmaqdadır. Sputnik-in bu barədəki videosuna baxın.
Sputnik

Yağıntının həcminin artması Bayıl qəsəbəsi ərazisindəki "Bayıl dərəsi"ndəki yamaclarda yeni çatların yaranmasına səbəb olub. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat mütəxəssisləri gündəlik olaraq yeni çatların əmələ gəldiyi ərazilərdə tədqiqat aparırlar.