BAKI, 20 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 19-u saat 02.00 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib.
Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları — Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Qeyd edək ki, yanğın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Buynuz kəndindəki villasının həyətində gözətçi üçün tikilmiş evdə baş verib.