QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq Türkiyəyə münasibətdə Ermənistanın atmalı olduğu addımları şərh edir

Politoloq Tofiq Abbasov deyir ki, Türkiyə-Ermənistan münasibətlərinin yenidən gündəmə gəlməsi Qarabağ probleminin müsbət həllindən keçir
Sputnik

Tofiq Abbasov: “Ermənistan münasibətlərin normallaşmaması üçün hər şeyi edib”
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanmışdır”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. 

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, rəsmi Ankaranın bu məsələyə münasibəti qəti və konkretdir: 

“Türkiyə-Ermənistan münasibətlərinin yenidən gündəmə gəlməsi Qarabağ probleminin müsbət həllindən keçir. Türkiyə rəhbərliyi münasibətlərin normallaşması üçün nə qədər cəhd etsə də, Ermənistan bunun baş tutmaması üçün hər şeyi edib. Hazırda Ermənistan ən azı 3 dövlətə qarşı ərazi iddiası irəli sürür. Ona görə də bu məsələlərin həlli üçün ilk növbədə Ermənistan gərək siyasi iradə nümayiş etdirsin. ”