MƏDƏNİYYƏT

"Ölən" Silvester Stallone danışdı

Silvester Stallone: "Yayılan xəbər yalandır"
Sputnik

BAKI, 20 fevral — Sputnik. Dünən sosial şəbəkələrdə məşhur aktyor Silvester Stallonenin ölüm xəbəri yayılıb. Yayılan xəbərdə 71 yaşlı Stallonenin illərdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi və dünən vəfat etdiyi bildirilib. Ancaq bu xəbəri təsdiq edən heç bir tutarlı fakt ortaya çıxmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nəhayət məşhur aktyor şəxsi "Instagram" hesabından paylaşım edərək ölmədiyini bəyan edib: "Yayılan xəbərlər yalandır. Şayiədir. Sağlamam və yeni filmdə çəkilməyə hazırlaşıram".