Rusiya “qanuni oğru”lara qarşı müharibə elan edib

Hazırda Kapba 15 günlüyünə həbs edilib və ona qarşı yeni ittiham irəli sürüləcək
Sputnik

BAKI, 20 fevral — Sputnik. Rusiyada Federal Təhlükəsizlik Xidməti əməkdaşları Kuban vilayətində “qanuni oğru”lara qarşı mübarizəyə başlayıb. Sputnik Azərbaycan “Praym Kraym”s istinadla xəbər verir ki, ötən il 3 kriminal avtoriteti həbs edən xidmət bu dəfə fevralın 16-da Krasnodarda 39 yaşlı Timur Kapbanı həbs edib.

Kapba kriminal aləmdə “Quli” ləqəbi ilə məşhurdur. Keçən ilin oktyabr ayında "Vladimirskiy Tsentral"dan azad edilən “Quli”, daimi yaşayış yeri olmayan insan kimi regional nəzarət orqanında müntəzəm olaraq qeydə alınmalı idi.

Hazırda Kapba 15 günlüyünə həbs edilib və ona qarşı yeni ittiham irəli sürüləcək.

Ötən il Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən “qanuni oğrular” 53 yaşlı Georgi Manukyan (Çinka), 44 yaşlı Ara Muradyan (Ara Armaviriski) və əslən krasnodarlı olan 67 yaşlı Vladimir Volkovdur (Volçok). Onlar hədə-qorxu ilə pul almaqda, fırıldaqçılıqda və cinayətkar dəstə yaratmaqda ittiham edilirlər.

Kapbaya qarşı isə dövlət sərhədlərini pozma cinayəti ilə ittiham irəli sürülür.