Valyuta məzənnələrinə dəyişiklik edildi

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 20 fevral — Sputnik. Fevral ayının 20-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 19-u ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.1060 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0301 manatda qalıb.

Fevralın 19-da rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.1108 manata, 1 rubl 0,0301 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.