BAKI, 20 fevral — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) yeni təyinatlar olub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini — Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.
Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini — Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovdur.