BAKI, 20 fevral — Sputnik. Rusiyada məhkəmə 20 il ərzində azyaşlılara qarşı 51 dəfə cinsi zorakılığa yol verən və azyaşlı uşaqların iştirakı ilə pornoqrafik materialların istehsalıyla məşğul olan İvanovo sakinini 18 il müddətinə azadlıqdan məhrum edib və 15 il ərzində pedaqoji fəaliyyətdən uzaqlaşdırılmasına qərar verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 46 yaşlı məhkuma "Azyaşlılara qarşı seksual xarakterli zorakılıq hərəkətləri" və "Azyaşlılardan pornoqrafik materialların istehsalı üçün istifadə” maddələri ilə cinayət işi açılıb.
İstintaq və məhkəmə tərəfindən müəyyən edilib ki, şəxs 20 ildir 14 yaşına çatmamışlar da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq əməlləri həyata keçirib və həmin uşaqları pornoqrafik materialların istehsalında istifadə edib.
KİV-in məlumatına görə, söhbət keçmiş müəllim və İvanovo teatrının rəhbəri Oleq Medkovdan gedir. Oleq Medkov Rusiya İllüzionistlər Assosiasiyasının üzvüdür və dəfələrlə Rusiya illüzionist yarışlarının mükafatçısı olub.
Onun teatrında 10-12 yaşlı uşaqlar iştirak edib.