İnanılmaz cəza: Düzgün park etmədi, avtomobilini dama çıxardılar - VİDEO

Çində yol hərəkəti qaydalarını bu şəkildə pozanların cəzalandırıkması ilk dəfə deyil
Sputnik

BAKI, 19 fevral — Sputnik. Çində düzgün park edilməyən avtomobili binanın damına qoyublar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, fevralın 17-də, Çin yeni ilinin ilk günündə Xubeydə maraqlı hadisə baş verib.

Sürücü avtomobilini avtobus parkının ərazisində park edib. Ancaq onun buna icazəsi olmayıb. Avtobus parkının işçiləri sürücüyə dərs vermək istəyib və əraziyə kran çağırıblar. Qanunsuz park edilmiş avtomobil binanın damına qaldırılıb.

Çində yol hərəkəti qaydalarını bu şəkildə pozanların cəzalandırılması ilk dəfə deyil. 2017-ci ilin avqustunda da yaşayış kompleksinin sahibi ona park pulunu ödəməyən sürücünün avtomobilini binanın damına qaldırmaq üçün kran çağırıbmış.