BAKI, 20 fevral — Sputnik. Bayılda torpaq sürüşməsi davam edir. Dünən günorta saatlarında yaşanan sürüşmə zamanı daha iki ev dağılıb.
Bayılda torpaq sürüşməsi nəticəsində dağılan ev
© Photo : Rafiq Qurbanov
Bu barədə Sputnik Azərbaycan-a evləri dağılan vətəndaşlar özləri məlumat veriblər. Onlar Akif Qurbanov və Sahib Məmmədovdur.
Bayılda torpaq sürüşməsi nəticəsində dağılan ev
© Photo : Rafiq Qurbanov
Dediklərinə görə, evləri uçaraq yararsız hala düşüb. Evdən əşyaları belə çıxarmaq mümkün olmayıb.