HADİSƏ

Türkiyədə ev almaq istəyən Bakı sakininin pulunu "atdılar"

Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib
Sputnik

BAKI, 20 fevral — Sputnik. Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Report”un xəbərinə görə, 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

Nəzərov qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib.

Faktla bağlı araşdırma aparılır.