CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident "Azərsu" barədə sərəncam verdi

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün “Azərsu” ASC-yə 15 milyon manat ayrılıb
Sputnik

BAKI, 20 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.