CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son iki gündə ölkəmizdə baş verən cinayətlərin şok statistikası

Həftə sonu avtoqəzada 7 nəfər həyatını itirib, 183 cinayət törədilib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Son iki gündə ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 7 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, son iki istirahət günündə (17-18 fevral) Respublika ərazisində 8 ağır yol qəzası qeydə alınıb.

Eyni zamanda son iki sutkada 183 cinayət törədlib ki, onların da 31-nin üstü isti izlərlə açılıb.

Əvvəllər haqqında cinayət axtarışı elan edilmiş 15 nəfər həbs olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt, qanunsuz odlu silah saxlama ilə bağlı 2 fakt aşkarlanıb.

Cinayət törətmiş 40 nəfər şübhəli qismində saxlanılıb.