Suriyada yenə körpə qanı axdı...

Ordu qüvvələri yaralıları müalicə etməyə çalışan tibb məntəqələrini də hədəf alıb
Sputnik

BAKI, 19 fevral — Sputnik. Suriyada Bəşər Əsədə sadiq ordu Şərqi Quta bölgəsini havadan bombalamaqda davam edir. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, son hücumlar zamanı 4-ü uşaq olmaqla 9 dinc sakin dünyasını dəyişib.

Əsəd rejimi Duma, Misraba, Merc, Sakba, Cisrin, Kefer Batna və Ayn Terma bölgələrindəki mülki yaşayış məntəqələrini də bombalayıb. Üçü uşaq olmaqla dörd nəfər mülki şəxs həyatını itirib.

Ordu qüvvələri yaralıları müalicə etməyə çalışan tibb məntəqələrini də hədəf alıb.

Qeyd edək ki, 400 min insanın yaşadığı Şərqi Quta müxaliflərin nəzarətindədir.