HADİSƏ

Qubada baş verən ağır cinayətin üstü açıldı

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Fevralın 18-də Quba rayon sakini Orxan Süleymanov bıçaqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, o, qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.