CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların Azərbaycana gəlməsinə məhdudiyyət qoyulub

Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 1052 qərar qəbul edilib
Sputnik

BAKI, 19 fevral — Sputnik. Dövlət Miqrasiya Xidməti yanvar ayının statistikasını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a xidmətdən məlumat daxil olub. Xəbərə görə, yanvar ayında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 55962 müraciət daxil olub.

Azərbaycana 800 minə yaxın əcnəbi müraciət edib

Yanvar ayında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 3865 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2241 müraciət daxil olub.

Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edilib.

Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 1052 qərar qəbul edilib.

Belə ki, ölkəni tərk etmələri barədə — 865,ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə — 187, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı – 433, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı – 94 qərar qəbul edilib.

Kim daha çox xərcləyir: Buradakı əcnəbi, yoxsa xaricdəki azərbaycanlı?

Bunlardan 61-i Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinin (vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə), 16-sı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinəsinin (son 3 il ərzində 2 və daha çox inzibati məsuliyyətə cəlb edildikdə), 17-si isə Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı- 25, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı – 31 hal qeydə alınıb.

2018-ci ilin yanvar ayı ərzində DMX-nin "Çağrı mərkəzi"-nə 8625 zəng daxil olub.