Müsəlmanlara qarşı radikal irqçi çağırış

Macarıstanın baş naziri müsəlmanları hədəf aldı
Sputnik

BAKI, 19 fevral — Sputnik. Macarıstanın irqçi çıxışları ilə tanınan baş naziri Viktor Orban Avropa qitəsinə müsəlmanlarla bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Orban bu barədə hökumətin 2017-ci ildə gördüyü işlərin illik hesabatındakı çıxışı zamanı danışıb.

Macarıstanın baş naziri Viktor Orban

Qitədə müsəlmanların sayının çoxaldığını deyən baş nazir bunun qarşısının alınması üçün təcili işlər görülməsinin vacibliyini vurğulayıb: "Qitəmizə ayaq basan qaçqınların hamısı müsəlman ölkələrdən gələnlərdir. Belə getsə, Avropa şəhərlərində müsəlmanların sayı çoxluqda olacaq. Bu, açıq-aşkar müsəlman işğalıdır".

Hökumət başçısı deyib ki, məktəblərdə oxuyan müsəlman şagirdlərin sayı günbəgün artır: "Yeni məlumat aldım. Məktəblərimizdə oxuyan müsəlman şagirdlərin də sayı çoxalıb. Əgər bu, belə davam etsə, Avropa mədəniyyəti, kimliyimiz və millətlərimiz itib batacaq. Ən pis röyalarımız gerçəyə çevriləcək".