BAKI, 19 fevral — Sputnik. Türkiyədə ABŞ səfirliyi qarşısındakı binaya "Zeytun budağı küçəsi" lövhəsi asılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaradakı ABŞ səfirliyinin olduğu Nevzat Tandoğan küçəsinin adı "Zeytun budağı küçəsi" olaraq dəyişdirilib.
Xatırladaq ki, küçənin adının dəyişdirilməsi ilə bağlı qərar Ankara Böyükşəhər Bələdiyyəsinin fevral ayında keçirilən iclasında verilib. Bələdiyyənin verdiyi qərar valilik tərəfindən qəbul edildikdən sonra yeni lövhə yerinə asılıb. Səfirliyin təhlükəsizliyini qoruyan polislər lövhənin dəyişdirilməsi zamanı səfirliyin şəklinin çəkilməməsi xəbərdarlığı edib.