Azərbaycan XİN İranda baş vermiş təyyarə qəzasına münasibət bildirdi

XİN: İranda baş vermiş təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur
Sputnik

BAKI, 18 fevral — Sputnik. İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcək.