Kök modellər soyunaraq etiraz etdilər

Alt paltarda binanın qarşısına yığışan modellər moda həftəsi təşkilatçılarını ədalətsiz adlandırıblar
Sputnik

BAKI, 18 fevral — Sputnik. Dünyanın ən məşhur normadan artıq çəkili modelləri podiumda onlara yer ayrılmamasına etiraz ediblər. Sputnik Azərbaycan "İndependent"ə istinadən xəbər verir ki, modellər İngiltərənin paytaxtı Londonda keçirilən "Fashion Week"in təşkil olunduğu binanın önündə soyunaraq aksiya keçiriblər.

Alt paltarda binanın qarşısına yığışan modellər moda həftəsi təşkilatçılarını ədalətsiz adlandırıblar.

"Bizə qarşı açıq-aşkar ayrı-seçkilik edirlər. Kök xanımlar model ola bilməz? Podiuma çıxa bilməz? Niyə podiumda bizlərə yer ayrılmır?", — onlar deyib.