HADİSƏ

Maşın səkiyə çıxaraq piyadaların üzərinə getdi

Mingəçevirdə maşın qəza nəticəsində səkiyə çıxaraq piyadaların üzərinə gedib
Sputnik

BAKI, 18 fevral — Sputnik. Mingəçevirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsindəki yol qovşağında “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Zərbənin gücündən idarəetmədən çıxan “Mercedes” səkiyə çıxıb və piyadaların olduğu səki ilə 50-60 metr hərəkət edib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobillərə, xüsusilə "Mercedes"ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.