HADİSƏ

Qonşuluğumuzda zəlzələ baş verdi

Yeraltı təkanlar Semnan vilayətində qeydə alınıb
Sputnik

BAKI, 18 fevral — Sputnik. İranın şimalında 4,3 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Tehranın Geofizika Universitetinin Seysmoloji Mərkəzi İnstitutu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Semnan vilayətində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. 

Yerli administrasiyanın nümayəndəsi Muhmad Rza Haşimi bildirib ki, zəlzələ zamanı heç kim xəsarət almayıb. Dağıntı yoxdur.